close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçı və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş “İşığa gedən yol” romanının İmza törəni və təqdimat mərasimi keçir

23-09-2016

Sentyabr ayının 23-də Milli Kitabxanada  filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçı və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş “İşığa gedən yol” romanının İmza törəni və təqdimat mərasimi keçirildi.

Əvvəlcə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da İmza törəni keçirildi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyeva romanını imzalayaraq oxuculara hədiyyə etdi.

Kitabxananın Konfrans zalında kitabın təqdimat mərasimi keçirildi.
Tədbiri Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov açaraq qonaqları salamladı. O, kitabxananın oxucu ilə yazıçını birləşdirən bir məkan olduğunu söylədi,  roman haqqında qısa məlumat verərək giriş üçün sözü Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verdi. O,  əvvəlcə Həsən bəy Zərdabinin milli mətbuatımızın yaranmasında əvəzsiz xidmətləri və zəhmətindən danışdı. Kitab haqqında söz açan V.Əliyev əsərin bədii cəhətdən mükəmməl, oxunaqlı,  xüsusi ilə gənclər üçün ibrətamiz olduğundan danışdı.

Çıxışçılar  BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının üzvü, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Yazıçı-publisist, fəlsəfə doktoru Akif Əli, millət vəkili, yazıçı-publisist Elmira Axundova, Xalq yazıçısı Sabir Rüstəmxanlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, akademik Teymur Kərimli, Əməkdar jurnalist Flora Xəlilzadə, tənqidçi Əsəd Cahangir, professor Rəna Mirzəzadə və b.roman barədə təəssüratlarını bölüşdülər, əsərdə Həsən bəy Zərdabinin keşməkeşli həyat yolunun əks olunduğunu,  maarifçilik ideyalarının ilk qığılcımlarının necə yarandığını, bu əsərin bir kino üçün hazır ssenari olduğunu söylədilər.

Sonda kitabın müəllifi Sona xanım Vəliyeva tədbirə qatılan hər kəsə öz təşəkkürünü bildirdi.

Tədbir iştirakçıları müəllifin əsərlərindən, publisistik məqalələrindən və haqqında yazılmış materiallardan ibarət sərgi ilə tanış oldular. Sərgidə Azərbaycan, rus və digər dillərdə ədəbiyyat nümayiş olunurdu.