close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “20 noyabr - Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

20-11-2025

2020-ci il 20 noyabr — Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu hərbi-siyasi gücünü ortaya qoyaraq Ağdam rayonunu işğaldan azad edib.  Ölkə rəhbərinin 31 iyul 2023- cü il tarixli sərəncama əsasən hər il oktyabrın 25-i “Ağdam Şəhəri Günü” kimi qeyd olunur.

XX əsrin sonlarında erməni işğalının ən ağır fəsadlarını yaşayan, “Qafqazın Xirosiması” adlanan Ağdam artıq viranlıq simvolu deyil — dirçəlişin, dövlət gücünün, milli iradənin rəmzidir. 

27 il ərzində dağıdılmış, xarabalığa çevrilmiş cənnət diyarımız yenidən Azərbaycan dövlətinin nəfəsini duyur. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamda möhtəşəm layihələr gerçəkləşir, Ağdam sakinləri doğma yurdlarına qayıdır.  Ağdam Sənaye Parkı,  İmarət Tarix-Memarlıq Muzey Kompleksi, Zəfər Muzeyi, Muğam mərkəzi, mədəniyyət mərkəzləri, Ağdam City Hotel, Hilton Garden İnn Hotel, geniş bulvar və parklar və s. inşa edilir.

Milli Kitabxanada bu tarixi gün münasibətilə “20 noyabr - Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotoşəkillər, Ağdamda aparılan geniş quruculuq və yenidənqurma işləri, Böyük Qayıdışın yüksək səviyyədə təmin olunması, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə isə Ağdam şəhərinin tarixi, toponimləri, işğalı zamanı dağıdılmış və viran edilmiş tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət abidələri,  Vətən müharibəsi və şanlı Qələbə, Ağdam rayonunun bərpasından və ölkə başçısının həmin bölgəyə səfərləri,  tarix yazan qəhrəmanlar  haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

 

icon

Foto qalereya