close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” adlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub

26-05-2023

28 May - Azərbaycanın Respublikasının Müstəqillik Günü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün və 1918-ci ildə müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi hadisədir. Azərbaycanın hökuməti və dövlət qurumlarının, silahlı qüvvələrinin yaradıldığı, demokratik yolla seçilmiş Azərbaycan parlamentinin təşkil edildiyi və Azərbaycanın rəsmi dövlət atributlarının qəbul olunduğu tarixdir.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

Müstəqillik Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 May – Müstəqillik Günü” adlı sərgi hazırlanıb. Sərgidə mövzu ilə əlaqədar Azərbaycan və xarici dillərdə olan kitablar nümayiş olunur.