close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada ALİSA proqramının test rejimi ilə işləyən Səbail, Nərimanov və Xətai rayon MKS-ləri üçün monitorinq keçirilmişdir

21-08-2015

Avqust ayının 21-də Milli Kitabxanada ALİSA proqramının test rejimi ilə işləyən Səbail, Nərimanov və Xətai rayon MKS-ləri üçün monitorinq keçirilmişdir. Monitorinqdə Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov, direktor müavini Elçin Musayev, kitabxananın digər əməkdaşları, ULTRA şirkərinin işçisi Sərxan Məmmədov və MKS-lərdən bu proqramla işləyən mütəxəssislər iştirak etmişlər.

Milli Kitabxananın direktoru ALİSA proqramının üstünlüklərindən danışmış,  proqramın insan əməyinin itkisinin qarşısını aldığını, Milli Kitabxananın bazasının  bütün şəhər, region, hətta kənd kitabxanaları  üçün əlçatan olacağını qeyd etmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, proqramın ilkin variantında mövcud olan nöqsanlar tam aradan qaldırılmışdır. Bu gün köhnə bazada olan materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçiriləcəkdir və avqustun 24-dən bütün kitabxanalar ALİSA proqramının tam, təkmilləşdirilmiş yeni variantı ilə işləyəcəklər.

Tədbirdə o da qeyd olundu ki, artıq bu gün respublikanın bütün şəhər və rayon MKS-lərinin 50 faizdən çoxu yeni proqram və yeni format üzrə treninqlərdən keçmişlər və ona görə də sentyabrın 10-dan başlayaraq bütün MKS-lərdə ALİSA proqramı tətbiq olunacaqdır.