close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Elçin Əfəndiyev-80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib

12-05-2023

Azərbaycan cəmiyyətinin görkəmli xalq yazıçısı, ictimai xadim və ədəbiyyat tənqidçisi kimi qəbul etdiyi Elçin Əfəndiyevin çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə ölkəmizin elmi-ədəbi və ictimai mühitində özünəməxsusu yeri və mövqeyi vardır. Elçin ən yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının və son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir.

May ayının 13-də müasir Azərbaycan ədəbiyyatının böyük nümayələrindən biri Elçin Əfəndiyevin 80 yaşı tamam olur.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Elçin Əfəndiyev-80” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Sərgisində Xalq yazıçısı Elçinin Azərbaycan və xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və ön söz yazdığı kitablar, yaradıcılığna dair müdafiə olunan dissertasiyaların avtoreferatları, tərcümələri və haqqında yazılan kitablar nümayiş olunur.