close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi onlayn rejimdə istiadəçilərə təqdim olunub

25-02-2023

Xocalı faciəsi kimi, kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır.

Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi.

Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi hazırlanıb. İngilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq  istəyənlərhttp://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edə bilərlər.