close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Ümummilli lider, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və “2023 – Heydər Əliyev ili” adlı ənənəvi kitab sərgisinin açılışı

10-05-2023

Mayın 10-da Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev ili” adlı ənənəvi kitab sərgisinin açılışı olub.

Tədbir zamanı bildirilib ki, bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Daha sonra ümummilli lider Heydər Əliyevin respublikamız üçün çox çətin günlərdə Ulu ödər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edildi.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Tədbir çərçivəsində “2023 – Heydər Əliyev ili” adlı geniş kitab sərgisinin açılışı və  “Azərbaycan xalqının ümummilli lideri – Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimatı oldu. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/H.Aliyev/index.htm linkindən istifadə edə bilərlər.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.

icon

Foto qalereya