close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru cənab Kərim Tahirov Innovative Interfaces Global Ltd.-nin biznesin təşkili müdiri cənab Nabil Saadallah ilə görüşmüşdür

17-02-2016

17 fevral 2016-cı il tarixində Milli Kitabxananın direktoru cənab Kərim Tahirov Innovative Interfaces Global Ltd.-nin biznesin təşkili müdiri cənab Nabil Saadallah ilə görüşmüşdür. Görüşdə həmçinin Milli Kitabxananın İnformasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev, Elmi işlər və beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyeva, Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova da iştirak edirdilər. Səfərinin məqsədinin Azərbaycan Milli Kitabxanasının direktoru və işçi heyəti ilə şəxsən görüşmək, Milli Kitabxanada istifadə olunan VTLS-Virtua kitabxana sisteminin perspektivlərini müzakirə etmək, həmçinin Innovative yenilikləri, gələcək məhsul və layihələr barəsində ətraflı məlumat verməkdən ibarət olduğunu bildirmişdir. Görüşdə kitabxanada istifadə olunan mövcud sisteminin  vəziyyətindən danışan cənab Nabil Saadallah kitabxananın işçi heyətinin üzləşdiyi hər hansı problemlərin olub-olmadığı ilə maraqlanmışdır. Bundan başqa, yeni sistem olan “Sierra” və “Vital” proqramlarına keçid barədə də ətraflı məlumat vermiş, hər iki proqramın dünyanın 1000-dən artıq kitabxanasında (ABŞ, Kanada, İsveçrə, Türkiyə, Polşa, Çin, Rusiya, Malaziya və digər şərqi Afika ölkələri də daxil olmaqla) müvəffəqiyyətlə tədbiq olunduğunu bildirmiş və mövzu ilə bağlı geniş prezentasiya təqdim etmişdir. Yeni proqram haqqında, onun hansı ölkələrdə istifadə olunduğu və nə kimi yeni xüsusiyyətləri özündə ehtiva etdiyi ilə maraqlanan kitabxananın direktoru Kərim Tahirov yeni sistem olan “Sierra” və “Vital” proqramlarına keçid barədə ətraflı düşünüb daha sonra qərar verəcəyini bildirmişdir.

Görüşdə qonaqla xatirə şəkli çəkilmiş, sonda Milli Kitabxananın direktoru cənab Kərim Tahirov qonağa Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan xalçaları (həmçinin DVD) kitablarını hədiyyə etmişdir.