close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

01-06-2026

1 iyun tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada K.Kərimov adına 8 nömrəli tam orta məktəbin I və V sinif şagirdlərinin iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə bu əlamətdar günün qeyd edilməsi tarixindən danışılıb, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulması, məhz həmin illərdə uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planının qəbul edilməsindən, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanın inkişafından bəhs olunub.

Həmçinin, Prezident İlham Əliyevin uşaqlara sevgisi vurğulanıb, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolundan danışılıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid və qazi övladlarına diqqət və qayğısı qeyd edilib.

Tədbirin davamında məktəblilər şeir səsləndiriblər. Milli Kitabxana tərəfindən şagirdlərə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kitablar hədiyyə edilib.

Sonda Milli Kitabxana tərəfindən hazırlanmış “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitabların nümayiş edildiyi virtual sərgi (https://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm) təqdim edilib.  

Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1949-cu ilin noyabrında Parisdə keçirilən Beynəlxalq Demokratik Qadınlar Federasiyasının konqresində təsis edilib, 1950-ci ildən isə BMT Baş Assambleyası tərəfindən qəbul olunaraq rəsmiləşib.

icon

Foto qalereya