close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

14-06-2021

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənədlər, fotolar, azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr  nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html  linkindən istifadə edə bilərlər.