close
icon E-kataloq və kitabxana

Milli Kitabxana Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş “Şanlı zəfər tariximiz”adlı metodik vəsaiti virtual rejimdə təqdim etdi

01-05-2020

75 il bundan öncə qəhrəman oğullarımızın şanlı qələbəsi ilə tarixə qovuşan Böyük Vətən müharibəsində on minlərlə azərbaycanlı silaha sarılıb faşist Almaniyasına qarşı müharibədə vətənlərini qorumuşlar, böyük rəşadət göstərmişlər.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Şanlı zəfər tariximiz” http://anl.az/down/Qelebe-75.pdf  adlı metodik vəsaitdə Böyük Vətən müharibəsi cəbhələrində qəhrəman vətən övladlarının göstərdiyi qəhrəmanlıqlar haqqında və bununla əlaqədar kitabxanalarda Qələbənin 75-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsinə dair metodik tövsiyələr verilmişdir. Əlavələr bölməsində isə tarixi qələbəmizə öz şücaiyətləri ilə böyük töhfələr verən və “Sofet İttifaqı Qəhrəmanı” adına layiq görülən Azərbaycan xalqının cəsur övladlarının siyahısı təqdim olunmuşdur.