close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

03-10-2021

3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd olunur. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi daha da möhkəmlənib.

Bu günə qədər keçirilən tədbirlər “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, “Turizm sahəsində əməkdaşlıq”, “Media və informasiya sahəsində əməkdaşlıq” və s. mövzular altında keçirilmişdir. Bundan başqa, üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turkdilli_dovletlerin_emekdasliq_gunu/index.htm linkindən istifadə edə bilərlər.