close
icon E-kataloq və kitabxana

Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir və Səkinə Turabqızının müəllifi olduğu “Əsir Xocalı” kitabının təqdimat mərasimi keçirilib

24-02-2023

Fevralın 24-də Milli Kitabxanada Xocalı Soyqırımının otuz birinci ildönümü ilə əlaqədar tədbir və Səkinə Turabqızının müəllifi olduğu “Əsir Xocalı” kitabının təqdimat mərasimi keçirilib. İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı qeyd edilib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır. Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. 

Təqdimat mərasimi keçirilən Səkinə Turabqızının müəllifi olduğu “Əsir Xocalı” kitabında Xocalı faciəsi zamanı əsirlik həyatı yaşamış Xocalı sakinlərinin taleyindən, erməni vandalizmindən söhbət açılır.

Tədbirin davamında Suraxanı rayonu 232 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında şeirlər səslənib.

Tədbir zamanı “XX əsrin faciəsi – Xocalı Soyqırımı” adlı elektron məlumat bazası (http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) və Xocalı ilə bağlı hazırlanmış sənədli film nümayiş olunub.  Sonda tədbir iştirakçıları və qonaqlar “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı sərgi ilə tanış olublar.

icon

Foto qalereya