close
icon E-kataloq və kitabxana

2016-cı il 15-16 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş Kitabxanaçıların Beynəlxalq Konqresi davam edir.

16-09-2016

2016-cı il 15-16 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş Kitabxanaçıların Beynəlxalq Konqresi davam edir. Konqresin ikinci günü Qazaxıstan Milli Akademik Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (БАЕ) XIX ümumi iclası keçirilmişdir. İclasda Azərbaycan Milli Kitabxanasından Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova və Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva iştirak etmişlər. Avrasiya Kitabxanalar Assambleyasının Elektron Kitabxanası layihəsi, Assambleyaya yeni üzvlərin qəbulu, həmçinin üzv ölkələrin kitabxana mütəxəssisləri üçün müxtəlif dövlətlərin kitabxanalarında tədris kurslarının, seminarlarının təşkili və s. məsələlər müzakirə edilmiş, növbəti iclasın 2017-ci ilin oktyabr ayında Belorusun paytaxtı Minsk şəhərində keçiriləcəyi qərara alınmışdır. Hazırda Konqres işini 5 bölmədə davam etdirir.