close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

28-07-2022

30 İyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür. İnsаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin qurbаnlаrın üzləşdiyi prоblеmlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirilir.

Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. Qeyd edək ki, insan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

30 İyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.