close
icon E-kataloq və kitabxana

Bakı şəhər 23 saylı tam orta məktəbin 5a sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşlar.

11-06-2017

11 iyun 2017 -ci il tarixində Bakı şəhər 23 saylı tam orta məktəbin 5a sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşdular. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş,  iş prosesini izləmişdilər. Kitabxananın sərgi zalında yer almış Qarabağ sərgisnə daha cox maraq göstərmiş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Milli Kitabxananın hazırladığı uşaq ədəbiyyatı ilə bağlı olan elektron kitablardan istifadə edərək ekskursiyalarını daha da maraqlı keçirmişdilər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar. Burada yerləşdirilmiş Uşaq guşəsinə daha çox maraq göstərərək istifadə qaydaları ilə tanış olmuslar. 

Şagirdlər Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışlar.

icon

Foto qalereya