close
icon E-kataloq və kitabxana

"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi.

14-07-2017

İyul ayının 14-ü saat 15-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM təşkilatı, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir.

Tədbirin qonağı Rusiyada yaşayan dəyərli şairimiz Nəsib Nəbioğlu, onun qonağı isə  Ədəbiyyat qəzetinin baş redaktor müavini şair Adil Cəmil olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru professor KərimTahirov açaraq qonaqları salamlamış, layihə haqqında qısa məlumat vermişdir.

Söz artıq 37 ildir Moskva şəhərində yaşayan Kəlbəcərli şair Nəsib Nəbioğluya verilmiş, şair özünün “Nənəmin cəhrəsi”, “Qəlbimin şəhəri”, “Qonşu qız”, “Bir əlim tanrının ətəyindədir”, “Balaca çoban” və Azərbaycan əsgərinə həsr etdiyi şeirlərini oxumuşdur.

Sonra şair Adil Cəmil Nəsib müəllimin yaradıcılığından, şeirə verilən dəyərdən, şair olmağın çətinliyindən danışmış, öz şeirlərini səsləndirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bu unikal layihənin əhəmiyyətini vurğulamış, “Qonaq dərdim” və Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Zəhraya həsr etdiyi şeirini səsləndirmişdir. 

Böyük ədəbiyyatşünas alim Qəzənfər Paşayev də tədbirə qatılmış, Nəsib Nəbioğlunun yaradıcılığı haqqında müsbət fikirlərini dilə gətirmiş, layihəni yüksək qiymətləndirmişdir.

Sonda Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlara gəldikləri üçün təşəkkürünü bildirmiş, hər həftə növbəti maraqlı poeziya günlərinin keçiriləcəyini vurğulamışdır.

icon

Foto qalereya