close
icon E-kataloq və kitabxana

"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi.

28-07-2017

İyul ayının 28-i saat 15:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir. Tədbirin qonağı - Şəhriyar Del Gerani, onun qonağı isə Fərid Hüseyn olmuşdur.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açmış, qonaqları salamlamış, sözü Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya vermişdir. O, qonaqları salamlamış, layihə haqqında qısa məlumat verərək, gənc şairləri tədbir iştirakçılarına təqdim etmişdir.

İlk olaraq tədbiri gənc şair Fərid Hüseyn “Başqa cür olmur” adlı şeiri ilə açaraq, bir birindən maraqlı şeirlər səsləndirmişdir.

Şəhriyar Del Gerani “Bir daş altda, bir daş üstə”, “Oktyabr”, “Darıxmağın adı” və s. şeirlərini söyləmişdir.

Tədbirdə iştirak edən şairlərdən Esmira Məhi qızı “Şuşa” şeirini, Səyyarə Məmmədli “Kaş, dönüb quş olaydım” və aprel şəhidlərinə həsr etdiyi “Əsgər bitirəcək torpaq bu bahar” adlı şeirlərini səsləndirmişlər. 

Sonda gənc şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara hədiyyə olaraq təqdim edilmiş və xatirə şəkli çəkdirilmişdir.

icon

Foto qalereya