close
icon E-kataloq və kitabxana

Milli Kitabxana akademik Afad Qurbanovun, professor Ramiz Əsgərin, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yubileyləri ilə əlaqədar olaraq ənənəvi kitab sərgiləri təşkil edib

10-01-2024

Milli Kitabxanada akademik Afad Qurbanovun, professor Ramiz Əsgərin, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yubileyləri ilə əlaqədar olaraq ənənəvi kitab sərgiləri təşkil edilib.

Sərgidə müəlliflərin əsərləri, tərcümə etdikləri, rəyçi və redaktor olduqları əsərlər və haqqında ədəbiyyatlar nümayiş olunur.

Həmçinin əməkdar incəsənət xadimi Baba Vəziroğlunun sözlərinə bəstələnmiş musiqi notları da sərgidə yer alıb.

Sərgi 1 həftə davam edəcək.

 

icon

Foto qalereya