06-06-2026
Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala konsert keçirilib.
Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən “Qarabağ – milli irsin yaddaşı” adlı fotosərgi ilə tanış olublar.
Məlumat verilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatı ilə azad olunan ərazilərimizdə otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti öz əksini tapıb. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən azad torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi də təqdim olunan fotolarda yer alıb.
Sonra Muğamlar Sarayının böyük zalında qala konsert başlanıb.