close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər)” adlı kitabı nəşr etdirib

28-08-2020

Bildiyimiz kimi bu il faşizm üzərində qələbənin 75 illiyi tamam olur. Qələbənin qazanılmasında xalqımızın mərd oğullarının böyük rolu olmuşdur. 200 min nəfərdən artıq cəsur Azərbaycan oğlu Vətən uğrunda döyüşlərdə həlak olmuş, xalqımızın fədakar oğulları və ayrı-ayrı müəssisələr arxa cəbhədə də gecə-gündüz çalışaraq cəbhəyə kömək etmişlər.

Faşizm üzərində tarixi qələbənin 75 illiyinə həsr olunmuş  “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər)” adlı kitab (http://anl.az/down/AMK_Veten_Muh_illerinde.pdf) Azərbaycan Milli Kitabxanasının Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə həsr olunmuşdur. Azərbaycan və rus dillərində nəşr olunan bu kitabda  müharibə dövründə kitabxana fondunun tərkibi,  kitab verilişi, oxucuların davamiyyəti, Milli Kitabxananın məlumat-biblioqrafiya fəaliyyəti, müharibə ilə əlaqədar tədbirlərin təşkili, kitabxanaçıların fədakar əməyi, hospitallarda yaralı əsgərlərə kitabxana xidmətinin göstərilməsi, müharibə mövzusu ilə əlaqədar sərgilərin keçirilməsi  və digər məsələlər əks olunmuşdur.

Yeni nəşrin Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilmişdir.