close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

03-07-2020

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.
Azərbaycan Milli Kitabxanası respublikamızda yaşayan azsaylı xalqların mədəniyyətini nümayiş etdirmək məqsədilə “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi hazırlamışdır. Virtual sərgidə azsaylı xalqların ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrinə dair kitab və məqalələr, fotolar təqdim olunmuşdur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycanda_yasayan_azsayli_xalqlar/index.htm  linkindən istifadə edə bilərlər.