close
icon E-kataloq və kitabxana

“Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

09-12-2025

9 dekabr tarixində Milli Kitabxanada respublikamızda yaşayan azsaylı xalqların mədəniyyətini nümayiş etdirmək məqsədilə  “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə azsaylı xalqların ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrinə dair kitab və məqalələr, fotolar nümayış olunur.

 Virtual sərgi ilə tanış olmaq istəyənlər

http://anl.az/el/vsb/Azerbaycanda_yasayan_azsayli_xalqlar/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

icon

Foto qalereya