close
icon E-kataloq və kitabxana

Bakı Modern Təhsil Kompleksinin bir qrup şagirdi “Beynəlxalq kitab bağışlama günü” çərçivəsində Milli Kitabxanada olmuşlar.

14-02-2017

Bakı Modern Təhsil Kompleksinin bir qrup şagirdi fevral ayının 14-də “Beynəlxalq kitab bağışlama günü” çərçivəsində Milli Kitabxanada olmuşlar.

Məktəbliləri kitabxana ilə yaxından tanış edən direktor müavini Ədibə İsmayılova uşaqların bütün suallarını cavablandırmışdır.

Kitabxananın muzeyi və “Açıq kitabxana” məktəbliləri xüsusilə maraqlandırmışdır.