close
icon E-kataloq və kitabxana

Fevral ayının 27-də Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının 120 illik yubiley tədbiri keçirilmişdir.

27-02-2017

Fevral ayının 27-də Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının 120 illik yubiley tədbiri keçirilmişdir.

Əvvəlcə Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisinin açılış mərasimi olmuşdur.

Sonra Şuşa şəhərinə dair 5 dəqiqəlik videoçarx nümayiş olunmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq həmkarlarını bu bayram münasibətilə təbrik etmiş, gələn il bu bayramı Qarabağda, gözəl Şuşamızda qeyd etməyi arzulamışdır.

Sonra söz Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə verilmiş, cənab Nazir kitabxana kollektivinə xoş arzularını bildirmiş, Şuşa Şəhər Kitabxanasının 120 illik yubileyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir sıra əməkdaşlarını Nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif etmişdir. 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək kitabxana işçilərinə uğurlar arzulamışdır.

Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülsarə Abbasova Şuşa Şəhər Kitabxanasının tarixi funksiyası və onun varisi olan Şuşa rayon MKS-nin cari fəaliyyəti barədə qısa məruzə etmişdir.

Çıxış edənlər Milli Məclisin üzvü Elman Məmmədov və b. kitabxananın kollektizini təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Tədbir Şuşa Musiqi Məktəbinin şagirdlərinin  muğam ifası ilə yekunlaşmışdır.