close
icon E-kataloq və kitabxana

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi

21-10-2015

Oktyabr ayının 21-də Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçirilmişdir.

Tədbirdə Gəncə, Mingəçevir, Naftalan, Yevlax, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Samux, Şəmkir və Tovuz rayonlarının kitabxanaçıları iştirak edirdi.

Müşavirədə Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev hazırda region kitabxanaları, kənd kitabxana filialları, onların indiki vəziyyəti, mövcud problemləri haqqında danışmış, kitabxana işini günün tələbləri səviyyəsində qurmağın vacibliyini vurğulamışdır.

ULTRA şirkətinin əməkdaşı Sərxan Məmmədov Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi (ALİSA) haqqında ətraflı məlumat vermişdir.

Milli Kitabxanasının direktoru Kərim Tahirov öz çıxışında ALİSA sisteminin kitabxanalarda tətbiqi, sistemin üstünlükləri, Milli Kitabxananın Tədris Mərkəzində ULTRA  şirkətinin mütəxəssisləri və Milli Kitabxananın trenerləri tərəfindən rayon və şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlərdən danışmışdır.

Müşavirənin sonunda Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev  tapşırıq və tövsiyyələrini vermişdir.