close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Həsən bəy Zərdabi – 180” adlı elektron daycest virtual rejimdə istifadəçilərə təqdim edilib

04-08-2022

2022-ci ildə milli mətbuatımızın banisi, mütəfəkkir, ədib, maarifçi-demokrat Həsən bəy Zərdabinin anadan olmasının 180 illiyi tamam olur.

Öz хаlqınа sədаqətlə хidmət еtmək, хаlqı mааrifləndirmək, аzаdlıq hərəkаtını cаnlаndırmаq nаminə yаşаdığı dövrün bütün еybəcərliklərini, hаqsızlıqlаrını, хаlqın zəhmətkеş təbəqələrini əzən, оnlаrı zülm аltındа inlədən fеоdаl qəddаrlıqlаrını çəkinmədən yаzılаrındа ifşа еdən Həsən bəy zəngin ədəbi irsi və fəаliyyəti ilə Аzərbаycаn mədəniyyəti tаriхinə yаddаşlаrdаn silinməyən izlər qоyub gеtmiş böyük tаriхi və ədəbi şəхsiyyətdir.

Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi (“Cəmiyyəti-Xeyriyyə”, 1872), 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) Həsən bəy Zərdabi şəxsiyyətinin xalqı qarşısındakı xidmətləri unudulmazdır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Həsən bəy Zərdabi – 180adlı elektron daycest hazırlanıb.

Təqdim olunan daycestdə - (“digest”- ingilis dilindən tər­cümədə “xülasə”, “toplu” mənasını verir) Həsən bəy Zərdabi ilə bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılmışdır.

Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini görkəmli ictimai xadimin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardı­cıllığı ilə verilmişdir.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/H.Zerdabi.pdf linkindən istifadə edə bilərlər.