close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Khojaly genocide” ingilis dilində fotosərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

26-02-2021

Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırım əməlləri törədən ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün növbəti tarixi cinayəti – Xocalı soyqırımını törətdilər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana Könüllülər qrupu tərəfindən hazırlanan Xocalı qətliamı ilə bağlı “Khojaly genocide” adlı ingilis dilində fotosərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Sərgidə ingilis dilində Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

Fotosərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edə bilərlər.