close
icon E-kataloq və kitabxana

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Galindo Pena Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirmiş, kitabxana haqqında ətraflı məlumat vermişdir.

17-08-2016

Avqust ayının 17-də Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Galindo Pena Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirmiş, kitabxana haqqında ətraflı məlumat vermişdir.

Xanım Marta Galindo Azərbaycanda olmağından çox razı olduğunu söyləmiş, mədəniyyətimizə, incəsənətimizə, mətbəximizə, ədəbiyyatımıza məftun olıduğunu bildirmişdir.

Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova xanım Marta Galindo Penanı kitabxana, eləcə də Açıq kitabxana ilə tanış etmiş, ona kitabxananın fondu və xidmət sahələri haqqında məlumat vermiş, qonağın suallarını cavablandırmışdır.

Nadir kitablar və kitabxananın muzeyi şöbəsi ilə yaxından tanış olan qonaq kitabxanaya üzv olaraq fonddan bəhrələnəcəyini söyləmişdir.

Qonaq Açıq kitabxanada “Rəy və təkliflər” kitabına öz ürək sözlərini yazmışdır.

Sonda Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın  mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Azərbaycan mətbəxi (ingilis dilində), Azərbaycan muğamları və b. kitablar qonağa hədiyyə verilmişdir.