close
icon E-kataloq və kitabxana

Mayın 3-də Milli Kitabxanada “Azərbaycan kitabxana ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilmişdir.

03-05-2016

Mayın 3-də Milli Kitabxanada “Azərbaycan kitabxana ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. O, ensilklopediya haqqında məlumat verərək, bu kitabın Azərbaycanda kitabxana işi sahəsində ilk fundamental soraq-məlumat nəşri olduğunu,  vəsaitin geniş oxucu auditoriyası üçün nəzərdə tutlduğunu, ensiklopediyada dünya kitabxanaçılıq təcrübəsinin ən mühüm yekunları, milli kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq mədəiyyətinin nailiyyətlərinin ümumiləşdirildiyini, xarici ölkələrdə kitabxana işinin nəzəriyyəsi və təcrübəsi sahəsində əldə edilən yekunlar, beynəlxalq əhəmiyyət kəsb edən fakt və hadisələrin ayrı-ayrı məqalələrdə öz əksini tapdığını, dünya kitabxanaşünaslığında və beynəlxalq təşkilatların fəaliyyətində müstəsna xidmətləri olan görkəmli xadimlər haqqında məqalələr də daxil edildiyini söylədi. 
Sonra söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verildi. O,  Azərbaycan Kitabxana Ensiklopediyasının (AKE) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Kitabxana İnformasiya sahəsinin inkişafı üzrə (2008-2013-cü illər) Dövlət Proqramı”na əsasən Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana tərəfindən hazırlanaraq çap edildiyini bildirdi və bütün kitabxana ictimaiyyətini təbrik etdi. Sonra o, BDU-nun böyük elmi şurasının qərarı ilə Azərbaycanda kitabxanaçılıq elminin ağsağğaqlı, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Abuzər Xələfovu BDU-nun “Fəxri professor”u Fəxri adını və diplomunu alması münasibətilə təbrik edərək, bu fəxri adın  BDU-nun professor heyəti arasında ilk dəfə Abuzər müəllimə təqdim edildiyini bildirdi.
Çıxışçılar: Azərbaycanda Atatürk Mərkəzinin müdiri, MM üzvü, professor Nizami Cəfərov, t.e.doktoru, professor Abuzər Xələfov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kafedra müdiri, professor Xəlil İsmayılov, AMEA-nın Elmi kitabxanasının direktoru, fəlsəfə doktoru Leyla İmanova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov,  BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kafedra müdiri Knyaz Aslan, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və b. bu fundamental vəsaitdə peşə biliklərinin ümumiləşdirilərək geniş ictimaiyyətə təqdim edildiyini, kitabxana işçilərinə böyük töhfə olduğunu, nəinki kitabxana-informasiya işçiləri, hətta müxtəlif sahələrdə çalışan elmi işçilər üçün yararlı olduğunu söylədilər və vəsaitin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər.
Sonda tədbir iştirakçıları Azərbaycanda kitabxana işinin tarixi, inkişaf mərhəlləri, kitab çapı, kitabşünaslıq və s. əhatə edən geniş sərgi ilə tanış oldular.