close
icon E-kataloq və kitabxana

MDB-yə üzv olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Avrasiya Kitabxanaları Assambleyası tərəfindən “MDB ölkələri kitabxanalarının gənc mütəxəssislərinin mədəniyyətlərarası və professional dialoqu” beynəlxalq stajorluq təşk

30-06-2017

Kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova iyun ayının 20-dən 28-dək Moskva (Rusiya Federasiyası) və Minsk (Belorus Respublikası) şəhərlərində ezamiyyədə olmuşdur. MDB-yə üzv olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Avrasiya Kitabxanaları Assambleyası tərəfindən “MDB ölkələri kitabxanalarının gənc mütəxəssislərinin mədəniyyətlərarası və professional dialoqu” beynəlxalq stajorluq təşkil olunmuşdur. Stajorluqda Azərbaycan, Rusiya, Belarus, Qazağıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan olmaqla 16 kitabxanaçı iştirak etmişdir.

İyun ayının 21-dən 23-dək Rusiya Dövlət Kitabxanasında keçən stajorluqda gənc kitabxanaçılar “Elmi işlərin yazılış metodları” və “Elmi işin ictimai təqdimatı” mövzusunda təlimlər keçmiş, “Beynəlxalq münasibətlərdə mədəniyyətlərarası dialoq” mövzusunda məruzə dinlənilmişlər.

Stajorluğun ikinci mərhələsi isə iyun ayının 25-dən 28-dək Minsk şəhərində (Belarus Respublikası) davam etmişdir. Kitabxanaçılar Belarus Milli Kitabxanasının iş prosesi ilə yaxından tanış olmuş, stajorluq keçən kitabxanaçılara diplomlar təqdim olunmuşdur.