close
icon E-kataloq və kitabxana

Milli Kitabxana fəaliyyətini vitrual rejimdə davam etdirir

19-04-2020

Bu gün bütün dünyanı bürüyən yeni koronavirus (COVID-19) infeksiyası ölkəmizdə də insanlar üçün böyük çətinliklər yaradıb. Əhaliyə ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində hamı bu təhlükədən ən minimum zərərlə qurtarmaq üçün əlindən gələni edir.
Həmin tədbirlər çərçivəsində məktəblər, kitabxanalar, muzeylər, teatrlar, konsert salonları bağlanmışdır. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə bir çox müəssisələr müvəqqəti olaraq bağlansalar da, öz fəaliyyətlərini onlayn rejimdə davam etdirirlər. Ölkə Prezidentinin "Evdə qal, özünu qoru” çağırışına səs verərək Milli Kitabxananın kollektivi də Mədəniyyət Nazirliyinin "Evim, mənim yeni iş yerim” çağırışına qoşularaq onlayn rejimdə oxuculara xidmət göstərir.
Ətraflı: http://www.anl.az/down/meqale/azerbaycan/2020/aprel/01.jpg