close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “3 dekabr - Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

03-12-2025

1992-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsi ilə “3 dekabr -Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur. Bu günün ünün əsas məqsədi ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltmək, əlillərin hüquqlarının qorunmasına nail olmaq və cəmiyyətdə tamhüquqlu iştirakını təmin etməkdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 may 2018-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun təsdiq edilib. Qanunda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası, Fərdi Reabilitasiya Proqramı, infrastruktur obyektlərinin və iş yerlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, onların təhsili və peşə hazırlığı, əmək hüququnun və məşğulluğunun təmin edilməsi və s. məsələlər üzrə maddələr əksini tapıb.

Milli Kitabxanada sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının  qorunmasının təbliği məqsədilə “3 dekabr - Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Sərgidə əlillərin hüquqlarının qorunması, sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və sosial müdafiəsi haqqında, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin olunması və s. mövzularda dövri mətbuat səhifələrində dərc olunan məqalələr, monoqrafiyalar, qanunvericilik aktları, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar, nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/3_Dekabr_Beynelxalq_Eliller_Gunudur/index.htm

linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya