close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada AR Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “

27-12-2016

Dekabr ayının 27-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı” ikicildliyinin təqdimat mərasimini və Milli Kitabxana ilə Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Müqavilənin imzalanma mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış,  sözü Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. O, əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik etmişdir. Milli Kitabxananın beynəlxalq və yerli əlaqələrindən danışan nazir müavini bu gün imzalanacaq növbəti Müqavilənin əhəmiyyətindən danışmışdır.

Milli Kitabxananın direktoru Kərim Tahirov və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Müqavilənin əhəmiyyətindən, labüdlüyündən danışmış, sonra Müqavilə iki əsl nüsxədə imzalanmışdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı” ikicildliyi haqqında danışan filologiya elmləri doktoru, professor Tehran Alışanoğlu kitab haqqında ətraflı məruzə etmişdir.

Çıxışçılar Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Millət vəkili Nizami Cəfərov, publisist, dilçi, yazıçı, professor Qəzənfər Paşayev, Milli Məclisin üzvü Səyyad Aran, Yazıçılar Birliyinin Katibi Çingiz Abdullayev, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu kitab haqqında fikirlərini bölüşmüşlər.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı adlı sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.