close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Elçin – 80” adlı daycest onlayn rejimdə istifadəçilərə təqdim olunub

15-05-2023

Azərbaycanın görkəmli Xalq yazıçısı Elçin Əfəndiyevin çoxcəhətli yaradıcılıq fəaliyyətinin ölkəmizin elmi-ədəbi və ictimai mühitində özünəməxsus yeri və mövqeyi vardır. Elçin müəllim ən yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının və son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Elçin – 80” adlı daycest hazırlanıb.

Təqdim olunan daycestdə Elçinlə bağlı 2019-2023-cü  illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr toplanaraq seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Elcin80.daycest.pdf  linkindən istifadə edə bilərlər.