close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Gender bərabərliyi” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

07-11-2025

7 noyabr 2025-ci il tarixində Milli Kitabxanada Gender bərabərliyi adlı virtual sərgi istifadəçilərə təqdim olunub .

Virtual sərgidə gender bərabərliyi, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda gender və bərabərlik hüququ, Azərbaycanda gender problemləri ilə əlaqəli kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

http://anl.az/el/vsb/Gender_beraberliyi/index.htm linkindən istifadə edə bilərlər.

Gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı ziyanlı stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür.

2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir.

icon

Foto qalereya