close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Süleyman Rəhimov-120” adlı virtual sərgi təqdim olunur

18-03-2020

Bu il mart ayının 22-də Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun anadan olmasının 120 ili tamam olur.  Azərbaycanın görkəmli ziyalılarından biri kimi tanınan, nəinki öz ölkəsində, keçmiş SSRİ məkanında da adı hörmətlə çəkilən, nəsr əsərləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilən Süleyman Rəhimov 83 il ömür sürmüşdür.
Bu gün Milli Kitabxana respublikada yaranmış vəziyyətlə əlaqədar oxuculara yalnız onlayn rejimdə xidmət etdiyi üçün ənənəvi sərgilərimiz virtual sərgilərlə əvəzlənmişdir. Bu məqsədlə  Milli Kitabxananın əməkdaşları tərəfindən Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Milli Kitabxananın hazırkı binasının inşa olunmasında xüsusi xidmətləri olan görkəmli ziyalı  Süleyman Rəhimovun anadan olmasının 120 illiyi ilə əlaqədar “Süleyman Rəhimov-120” adlı virtual kitab sərgisi hazırlanmışdır. Virtual sərgidə müəllifin həyat və yaradıcılığını əks etdirən şəkillər, görkəmli şəxsiyyətlərin yazıçı haqqında fikirləri, yazıçının azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, müəllif haqqında yazılan kitablar və digər sənədlər təqdim olunur.  Saytımızın “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni  olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri də verilmişdir.