close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turuzm Naziri, akademik, yazıçı Nabi Avcı ilə Azərbaycan ziyalılarının, şair və yazıçıların görüşü keçirilmişdir.

27-09-2016

Sentyabr ayının 27-də Milli Kitabxanada Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turuzm Naziri, akademik, yazıçı Nabi Avcı ilə Azərbaycan ziyalılarının, şair və yazıçıların görüşü keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonağı salamlamış, giriş üçün sözü Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. O, Nabi bəyin yaradıcılığından söz açmış, ona həm işində, həm də yaradıcılığında yeni-yeni nailiyyətlər arzulamışdır.

Çıxışçılar Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, yazıçı-publisist, millət vəkili Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Tərcümə bölməsinin müdiri Pərvin və b. Azərbaycan-Türkiyə mədəni əlaqələrindən, Azərbaycanda türk ədəbiyyatının, Türkiyədə Azərbaycan ədəbiyyatının təbliğindən, danışmış, Azərbaycanda Türk kitab evinin açılmasını təklif etmişlər.

Sonra söz Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turuzm Naziri, akademik, yazıçı Nabi Avcıya verilmişdir. O, Azərbaycan ziyalıları, yazıçı və şairləri ilə fikirlərini bölüşmüş, bu görüş üçün hər kəsə təşəkkürünü bildirmişdir.

Sonda qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Qarabağ xanəndələri” və “Azərbaycan xalçaları. İərvan qrupu” kitabları hədiyyə edildi.

Hörmətli qonaq da öz növbəsində  Azərbaycan Milli Kitabxanasına nəfis şəkildə çap olunmuş “Fatih divanı və şerhi” kitabını hədiyyə etdi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Xarici Əlaqələr şöbəsinin müdiri, şair Səlim Babullaoğlu, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Ulduz” qəzetinin baş redaktoru Qulu Ağsəs,  “Qobustan” jurnalının Baş redaktoru Vaqif Əlixanov, şairə Nuranə Nur, “Azərbaycan” jurnalının redaktor müavini, şairə Təranə Vahid, tənqidçi Əsəd Cahangir,  professor, şair Ənvər Əhməd, Milli Kitabxananın əməkdaşları və respublikanın iri və aparıcı kitabxanalarının direktorları iştirak edirdi.