close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada xarici ölkələrin Milli Kitabxanaları tərəfindən IV Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasında nümayiş edilən kitabların ...

18-09-2015

Sentyabr ayının 18-də Milli Kitabxanada xarici ölkələrin Milli Kitabxanaları tərəfindən IV Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasında nümayiş edilən kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsi mərasimi keçirilmişdir.

Tədbiri kitabxananın direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarının salamlamışdır. O, öz çıxışında sərgi yarmarkaya qatılan 10 xarici ölkənin milli kitabxanalarının nümayəndələrinə bir daha təşəkkür etmiş, sərgi yarmarkanın müvəffəqiyyətlə keçdiyini qeyd etmişdir.

Qonaqlar sərgi yarmarkada nümayiş etdirdikləri kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə etdilər.

Sonda xatirə şəkli çəkildi.