close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ziyadxan Əliyev -75” adlı virtual sərgi və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub

01-07-2023

Bu gün Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, çağdaş sənətşünaslığımızın inkişafında müstəsna xidmətləri olan yaradıcı şəxsiyyət Ziyadxan Əliyevin 75 yaşı tamam olur.

40 ildən artıq elmi yaradıcılıqla məşğul olan Ziyadxan Əliyev, yerli və beynəlxalq mətbuatda dərc olunan çoxsaylı elmi məqalələrin müəllifidir. O, sənətşünaslıq sahəsinə hələ tələbəlik illərində "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görən "Şamaxının memarlıq abidələri" adlı ilk məqaləsi ilə qədəm qoymuşdur. 

Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən çağdaş Azərbaycan təsviri sənəti nümayəndələrinin əksəriyyətinin tanınmasında Ziyadxan Əliyevin rolu böyükdür. Onun ilk uğuru kimi 1989-cu ilin iyulun 5-də indiki Azərbaycan Milli İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı..." adlı sərgini təşkil etməsini qeyd edə bilərik. Bu, sözün əsl mənasında Azərbaycan incəsənətində böyük bir tarixi hadisə idi. Ziyadxan Əliyev eyni zamanda, təsviri sənətlə yanaşı, dekorativ-tətbiqi sənətə aid özünəməxsus dəst-xətlə yazılmış bir neçə kitabın müəllifidir. 

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ziyadxan Əliyev -75” adlı virtual sərgi və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə Ziyadxan Əliyevin fotoları,  məqalələri, müəllifi və redaktoru olduğu, ön söz yazdığı kitablar, haqqında məqalələr ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Milli Kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ziyadxan_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya