close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov İran İslam Respublikasının Payam Noor Universitetinin prorektoru, doktor Atosa Vaziri, universitetin İş yaradan idarəsinin məsulu doktor Monirsadat Hosseini və universitetin Bakı şəhəri üzrə məsulu dokt

06-04-2016

Aprel ayının 6-da Milli Kitabxananın  direktoru prof. Kərim Tahirov  İran İslam Respublikasının Payam Noor Universitetinin prorektoru, doktor Atosa Vaziri, universitetin İş yaradan idarəsinin məsulu  doktor Monirsadat Hosseini və universitetin Bakı şəhəri  üzrə məsulu doktor Simin Zahedi qəbul etmişdir.

Kərim Tahirov kitabxana haqqında ətraflı məlumat vermiş, son illər kitabxanada yaradılan iş növlərindən, kitabxana proseslərinin avtomatlaşdırılmasından  və görüləcək işlərdən danışmış, qonaqları  maraqlandıran sualları cavablandırmışdır.

Universitet haqqında məlumat verən prorektor xanım Atosa Vaziri Payam Noor Universitetinin  İranda ən iri təhsil ocaqlarından biri olduğunu, orada 1 mln. tələbənin təhsil aldığını bildirmiş, fəaliyyət göstərən 500 filialda 4 min elmi heyətin, ümumilikdə 8 min işçinin çalışdığını qeyd etmişdir. O,  universitetin zəngin kitabxanası olduğunu   və gələcəkdə Azrbaycanın ən iri kitabxanası ilə də əməkdaşlıq etmək arzusunda olduqlarını bıldirmişdir. Hər iki kitabxananın kitabxanaçıları üçün master klassların, telekonfransların keçirilməsinin də maraqlı ola biləcəyini diqqətə çatdırmışdır.

Qonaqlara Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın  xəritəsi, Azərbaycan xalçaları  və digər kitablar hədiyyə olaraq  təqdim olunmuşdur.