close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru Kərim Tahirov Kolombiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi, səfirliyin müvəqqəti işlər vəkili cənab Assad Xose Gater Penan ilə görüşü

18-08-2014

18 avqust 2014-cü il tarixində Milli Kitabxananın direktoru Kərim Tahirov Kolombiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi, səfirliyin müvəqqəti işlər vəkili cənab Assad Xose Gater Penanı qəbul etmişdir. Görüş zamanı Azərbaycan-Kolombiya mədəni əlaqələrindən, beynəlxalq əməkdaşlıqdan söhbət açılmışdır. Söhbət əsnasında hər iki tərəf Azərbaycan Milli Kitabxanası ilə Kolombiya Milli Kitabxanası arasında əlaqələrin daha da genişləndirilməsi, kitab mübadiləsinin artırılması və kitabxanalararası qarşılıqlı əməkdaşlıq Memorandumunun hazırlanması haqqında müzakirələr aparmışdır. Müvəqqəti işlər vəkili Kolombiyanın məşhur yazıçısı Qabrıel Markezin ingilis dilinə tərcümə olunmuş bir sıra kitabını kitabxanaya təqdim etmişdir. Milli Kitabxananın direktoru isə qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” “Azərbaycan xalçaları” kitablarını hədiyyə etmişdir.