close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” mövzusunda təşkil edilən sonuncu treninqin müdavi

02-12-2015

23 noyabr - 2 dekabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” mövzusunda təşkil edilən sonuncu treninqin  müdavimlərinə sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Milli Kitabxananın əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edirdilər.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar. Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir. Treninqə yekun vurularaq trenerlərə də sertifikatlar təqdim olunmuşdur.