close
icon E-kataloq və kitabxana

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, Xalq şairi Fikrət Göyüş oğlu Qocayevin (Fikrət Qoca) anadan olmasının 80 illik

12-10-2015

12 oktyabr 2015-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, Xalq şairi Fikrət Göyüş oğlu Qocayevin (Fikrət Qoca) anadan olmasının 80 illik yubileyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.

Yubiley tədbirində Milli Kitabxana tərəfindən “Fikrət Qoca- 80” adlı kitab sərgisi açılmışdır. Sərgidə şairin Azərbaycan və xarici dillərdə çap olunmuş kitabları , sözlərinə yazılmış musiqi əsərləri, ön söz yazdığı, redaktə etdiyi kitablar, şair haqqında yazılmış kitablar sərgilənmişdir.

Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.