close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

09-12-2020

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Milli Ədəbiyyat Muzeyi haqqında fotolar, kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlərhttp://anl.az/el/vsb/Milli_Azerbaycan_Edebiyyati_Muzeyi/index.htm linkindən istifadə edə bilərlər.