close
icon E-kataloq və kitabxana

Oktyabrın 5-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, dramaturq, tər

05-10-2016

Oktyabrın 5-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin (Rüstəmzadə Süleyman Əliabbas oğlu) anadan olmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Milli Kitabxana tərəfindən  “Süleyman Rüstəm-110” başlığı altında kitab sərgisi açılmışdır. Şairin Azərbaycan, rus, ingilis, fransız, alman dillərində  əsərləri, tərcümələri, redaktoru olduğu, sözlərinə yazılmış  mahnılar, ayrı-ayrı şəxsiyyətlərin şair haqqında yazdığı kitablar, qəzet və jurnal materialları  sərgilənmişdir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.