close
icon E-kataloq və kitabxana

Olimp-H uşaq bağçasının kollektivi Milli Kitabxananın qonağı olub

19-04-2024

Aprelin 19-da Olimp – H uşaq  bağçasının kiçik yaş qrupunun Milli Kitabxanaya ekskursiyası təşkil edilib.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd kiçikyaşlı uşaqlarda kitabxana və kitab haqqında ilkin təəssürat yaratmaqdır.

Ekskursiya zamanı uşaqlar  kitabxananın “Uşaq bölməsi və uşaq istirahət guşəsi”, “Nadir kitablar və kitabxana muzeyi” və sərgi zalında olublar. Bağçanın müəllimləri Yusifova Ruhiyyə və Nəbiyeva Elmira  uşaqlara kitablardan hekayələr oxuyublar.

Sonda xatirə şəkilləri çəkilib.

icon

Foto qalereya