close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

26-10-2021

Oktyabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Dövlət İqtisad Universiteti də qoşuldu.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdi. Həmçinin, UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Əhmədli bildirdi ki, inanırıq, tezliklə toplanan bütün kitablar Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcək və oxucular bu ədəbiyyatlardan yararlanacaqlar. Azərbaycan Dövlət İqtisad Universiteti 600 nüsxədən çox kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etdi.

 

icon

Foto qalereya