close
icon E-kataloq və kitabxana

Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Azərbaycan Milli Kitabxanasının qonağı olub

24-10-2025

24 oktyabr  tarixində Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Raxımjan İsakulov Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.

Görüş zamanı Raxımjan İsakulov atası Yerjan İsakulovun müəllifi olduğu “Краткая история Шынгыз хана”, “Шынгыз хан” və Рашид ад-дин Фазуллах Хамадани.“Жамиг ат-тауарих. Первый том”, “Жамиг ат-тауарих. Второй том” adlı kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib.

Professor Kərim Tahirov dəyərli hədiyyəyə görə qonağa təşəkkürünü bildirib və qarşılıqlı olaraq Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam Azərbaycan” kitablarını Raxımjan İsakulova təqdim edib.

icon

Foto qalereya