close
icon E-kataloq və kitabxana

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi 26-30 iyul 2016-cı il tarixi üçün kitabxana və mədəniyyət müəssisələri (klub müəssisələri) işçiləri üçün səyyar seminar treninqi keçirir.

28-07-2016

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi 26-30 iyul 2016-cı il tarixi üçün nəzərdə tutulmuş, Şəki regional mərkəz olmaqla Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri (klub müəssisələri) işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi”, “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularında səyyar seminar treninqi keçirir. Treninqdə mütəxəssis olaraq Azərbaycan Milli Kitabxanasının Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, Elektron kataloqun formalaşdırılması şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova və Kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova iştirak edirlər. Milli Kitabxananın Tədris mərkəzinin trenerləri Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarından gələn kitabxanaçılara “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq keçirlər.